Paytaxtda məktəbini dəyişən şagirdlərin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu il paytaxtda 46 mindən çox şagirdin elektron sistem
vasitəsilə yerdəyişməsi aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin məlumatına
görə, tədris ili ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil
müəssisələri üzrə 46 531 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə
yerdəyişməsi aparılıb.




“Bu tədris ilində Bakıda 21 000-dən çox uşaq məktəbəhazırlıq
qruplarına cəlb olunub. BŞTİ-nin tabeliyindəki 295 ümumi təhsil
müəssisəsində 928 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.
Məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub”, – məlumatda
qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir