
Bakı. Trend:
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də
Bakıda Zəfər parkını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Türkmənistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil
qoyub.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində
göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi
Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin
əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı
məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan
parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi
hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər
tağı inşa edilib.

