
Braziliyalı yarımmüdafiəçi Kazemiro MLS təmsilçisi “İnter Mayami”yə keçməyə çox yaxındır.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı tanınmış idman jurnalisti Fabritsio Romano “X” hesabında yayıb. Bildirilir ki, tərəflər artıq şifahi razılığa gəlib və bütün əsas detallar həll olunub. Hazırda yalnız rəsmi sənədlərin imzalanması və transferin elan olunması gözlənilir.
Mənbələrə görə, Kazemiro argentinalı hücumçu Lionel Messi ilə eyni komandada oynamağa xüsusi maraq göstərir.
Qeyd edək ki, “Mançester Yunayted” bir müddət əvvəl futbolçunun klubdan ayrıldığını açıqlayıb. O, 2025/26 mövsümündə Premyer Liqada 34 oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

