
Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi marketlərdə bir qəpiyə
satılan yumurta ilə bağlı iddialara aydınlıq gətirib.
AQTA-nın Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
yumurtalarda hər hansı uyğunsuzluq aşkarlanmayıb:
“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaqlıq yumurtaların
keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq
monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar
zamanı uyğunsuzluq aşkarlanmayıb və məhsullar baytarlıq arayışı və
ekspertiza aktları ilə təmin olunub.
Vətəndaşlar qida sahəsində qarşılaşdıqları uyğunsuzluqlarla
bağlı konkret faktlarla “1003 – Çağrı Mərkəzi”nə müraciət edə
bilərlər”, – məlumatda bildirilib.
Qeyd edək ki, sosial mediada marketlərdə endirimli qiymətlə bir
qəpiyə satılan yumurtaların xarab olduğu ilə bağlı iddia və
şikayətlər yayılıb.

