
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə
məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin
batması barədə ilkin məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
“Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb
olunub.
Hazırda dalğıc-xilasedicilər tərəfindən vətəndaşların batdığı
ehtimal olunan istiqamətlər üzrə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək”, – deyə FHN-nin Mətbuat Xidmətindən
bildirilib.

