Ermənistanın sözləri ilə addımları üst-üstə düşmür

Baş səhifə

Ermənistanın Moskva ilə münasibətlərin qorunub saxlanılması və inkişaf etdirilməsi barədə bəyanatları ölkənin Avropa İttifaqına inteqrasiya kursu ilə üst-üstə düşmür.

Modern.az xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova bu barədə keçirdiyi brifinqd bildirib. 

Onun sözlərinə görə, Moskva Ermənistan rəsmilərinin Rusiyanı mühüm tərəfdaş hesab etdikləri və İrəvanın Moskva ilə münasibətləri qorumaq və inkişaf etdirmək niyyətində olduğu barədə açıqlamalarını eşidir.

“Lakin təəssüf ki, Ermənistan rəhbərliyinin sözlərinə uyğun addımlar və fəaliyyətlər görmürük. Çünki ölkə rəhbərliyi Avropa İttifaqına qoşulmaq istəyini açıq şəkildə ifadə edib”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Zaxarova qeyd edib ki, Ermənistanın xarici siyasətdə atdığı addımlar və seçdiyi istiqamət Moskvanın diqqətlə izlədiyi məsələlər sırasındadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir