Repititorluğu ləğv etmək mümkün deyil – Təhsil naziri

Baş səhifə

Bakı. Trend:

Hamı üçün eyni şəraitin yaradılması rəqabətli qəbul sistemi ilə
tam üst-üstə düşmür. Repetitorluğu ləğv etmək və ya qadağan etmək
mümkün deyil.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq
İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və “Xəzər TV”
televiziya kanalına birgə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, nəzəri olaraq bunu etmək olar, amma
praktiki olaraq onun icrası mümkün olmayan bir qərardır.




“Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı
baxımından hansısa müsbət nəticə verəcəyinə inanmıram. Zaman
etibarilə həlli harada görürəm? Mənə görə, ali təhsil sadəcə
təhsilin növbəti pilləsidir. Kim istəyirsə, ali təhsil ala
bilməlidir. Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili
bitirmək çətin olmalıdır. Bizdə ali təhsili bitirmə ehtimalı 85-90
faizdən yuxarıdır. Yəni qəbul olunmusansa, demək olar ki, mütləq
bitirəcəksən. Məhz bu 90 faizlik göstərici bizi daha çox narahat
etməlidir. Mühəndis olmaq rahat proses olmamalıdır. Dünyanın heç
bir yerində yaxşı mühəndis olmaq üçün rahat yol yoxdur. İnsan uğur
əldə etmək üçün müəyyən çətinliklərdən keçməlidir. İstənilən
peşənin ən yaxşılarından biri olmaq kifayət qədər zəhmət,
tələbkarlıq və narahatlıq tələb edir”, – Emin Əmrullayev
bildirib.

Qeyd edək ki, müsahibə bu gün saat 20:00-da Trend İnformasiya
Agentliyində, APA İnformasiya Agentliyində və “Xəzər TV” televiziya
kanalında yayımlanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir