
Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio 23-25 iyun tarixlərində BƏƏ,
Küveyt və Bəhreynə səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Dövlət Departamentinin məlumatında qeyd olunub ki, Marko Rubio
23-25 iyun tarixlərində BƏƏ, Küveyt və Bəhreynə səfər edəcək.
Açıqlamada deyilir ki, Ruboi region üçün bir sıra prioritet
məsələləri müzakirə edəcək.
Dövlət Departamentinin məlumatına görə, Rubio bu ölkələrin
hakimiyyət orqanları ilə ABŞ və İran arasında anlaşma
memorandumunu, Hörmüz boğazında sərbəst və təhlükəsiz naviqasiyanın
bərpası səylərini və regionda sülh və sabitliyin əhəmiyyətini
müzakirə edəcək.
Bəhreyndə onun Körfəz Əməkdaşlıq Şurasının üzvləri ilə görüşməsi
gözlənilir.

