Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika yarışlarına start verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

22 iyun tarixində Bakı Olimpiya İdman Kompleksində Elm və Təhsil
Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı,
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman
federasiyalarının dəstəyi ilə ilk dəfə təşkil olunan Məktəblilərin
Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika üzrə
yarışlar start götürüb. Yarışda ölkənin müxtəlif idman məktəblərini
təmsil edən 60 gimnast iştirak edir. Turnirdə Sumqayıt İOEUGİM,
Gəncə UGİM, Şuşa UGİM, Zaqatala UGİM, paytaxtımızı təmsil edən BGM
və RKİM-in yetirmələri öz bacarıqlarını nümayiş etdirirlər.

Gimnastlar yarış proqramı çərçivəsində alətsiz, lent, halqa, top
və gürzlərlə çıxış edərək texniki hazırlıqlarını, çevikliklərini və
bacarıqlarını sərgiləyirlər. Yarışın ilk günündə 2015, 2014, 2013,
2012 və 2011-ci il təvəllüdlü gimnastlar müxtəlif alətlər üzrə
mübarizə aparıblar.

Günün yekunlarına əsasən qaliblərin adları açıqlanıb.
2014-cü il təvəllüdlü gimnastların C qrupunda top aləti üzrə
mükafatlandırılması:
1-ci yer – Ayan Əliyeva (BGM)
2-ci yer – Banu Axundova (RKİM)
3-cü yer – Nərmin Babayeva (BGM)

2015-ci il təvəllüdlü gimnastların C qrupunda top aləti üzrə
mükafatlandırılması:
1-ci yer – Həcər Həbibbəyli (RKİM)
2-ci yer – Zümrüd Məmmədova (BGM)
3-cü yer – Xanım Rızalı (BGM)




2014-cü il təvəllüdlü gimnastların A qrupunda çoxnövçülük üzrə
mükafatlandırılması:
1-ci yer – Aylin Novruzova (Gəncə UGİM)
2-ci yer – Mədinə Hüseynova (BGM)
3-cü yer – Lalə Novruzova (BGM)

2015-ci il təvəllüdlü gimnastların A qrupunda çoxnövçülük üzrə
mükafatlandırılması:
1-ci yer – Fidan Hüseynli (RKİM)
2-ci yer – Adelina Şiçitikova (BGM)
3-cü yer – Kamilla Bağırova (Şuşa UGİM)

Qeyd edək ki, bədii gimnastika üzrə yarışlar sabah, 23 iyun
tarixində davam edəcək və yekun mərhələ ilə başa çatacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir