
Çinin xarici işlər naziri Van İ İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun həyata keçirilməsini dəstəkləyərək vurğulayıb ki, onun icrası Yaxın Şərqdə davamlı sülhün bərqərar olmasına kömək edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Van İ Yeni Dehlidə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Qadir Nizamipurla görüşdə bildirib.
O, Pakistan və Qətərin köməyi ilə İran ilə ABŞ arasında texniki məsləhətləşmələrin başlamasını, həmçinin gələcək danışıqların mexanizmi üzrə razılaşmaların əldə olunmasını alqışlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

