Azərbaycanda yüz minlərlə sovet avtomobili var…

Baş səhifə

Azərbaycanda sovet dövründə istehsal olunan minik avtomobilləri hələ də geniş istifadə olunur. Rəsmi statistikaya görə, ölkədə yüz minlərlə “Jiquli”, on minlərlə “Volqa” və “Moskviç” qeydiyyatdadır.

Modern.az-ın Dövlət Statistika Komitəsinə sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il yanvarın 1-nə ölkədə qeydiyyatda olan minik avtomobilləri arasında sovet istehsalı modellər də əhəmiyyətli yer tutur.

Statistikaya əsasən, Azərbaycanda VAZ-2101, VAZ-2103 və VAZ-2106 modellərindən 190 min 874, VAZ-2105 və VAZ-2107 modellərindən isə 124 min 902 avtomobil qeydiyyatdadır. Beləliklə, ölkədə klassik “Jiquli” modellərinin sayı 315 min 776-ya çatır.

Sovet dövrünün digər məşhur avtomobilləri də hələ də Azərbaycan yollarındadır. Belə ki, ölkədə 25 min 438 ədəd GAZ-24 “Volqa”, 19 min 500 ədəd GAZ-31 “Volqa” və 4 min 372 ədəd GAZ M-21 “Volqa” qeydiyyatdadır. Bununla da “Volqa” ailəsinə aid avtomobillərin sayı 49 min 310 təşkil edir. Bundan başqa, 24 min 621 “Moskviç”, 5 min 926 “Zaporojets”, 200 “Pobeda”, 478 “LuAZ” və 2 min 365 UAZ-469 markalı avtomobil də qeydiyyatdadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir