
Bakı.Trend:
Qubada 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən
çıxarılıb.
Trend-in
məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
həyata keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz
dövriyyəsində şübhəli bilinən 40 yaşlı Orxan Sultanlı
saxlanılıb.
Ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanaraq
götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Orxan Sultanlı barəsində həbs qətimkan
tədbiri seçilib.

