Dövlət Proqramı aqrar sektorun yeni inkişaf modelidir – Natiq Əmirov

Baş səhifə

Saatlı. Trend:

Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının
istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqram
qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən
edən strateji sənəddir.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi
siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Saatlıda
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına
dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə
bağlı Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.




“Bu proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf
modelini müəyyən edən strateji sənəddir və aqrar sahədə məhsul
istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və
ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin, həmçinin
balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə
keçirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir”, – Natiq
Əmirov deyib.

Onun sözlərinə görə, əsas hədəf, sadəcə istehsal həcmini
artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul
əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv
inkişafa keçidin təmin olunmasıdır: “Dövlət Proqramı, 2026-2030-cu
illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində
dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin
gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın,
əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və
rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini,
aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin
müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini,
eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə
tutur. Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət
Proqramının icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı
illərdə aqrar sahədə daha güclü nəticələrin əldə olunmasına töhfə
verəcəkdir”, – Natiq Əmirov qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir