Şuşadakı birgə gəzinti strateji tərəfdaşlığın təzahürüdür

Baş səhifə

Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşaya birgə səfəri ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında iki qardaş ölkə liderinin tarixi Şuşa şəhərində birgə gəzintisinin xalqlar arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olduğunu bildirib.

O qeyd edib ki, bu səfər eyni zamanda Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq siyasi iradəni əks etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir