Messini bacarmadı – DÇ-2026-nın tarixinə düşdü

Baş səhifə

Argenitina milli komandasının kapitanı Lionel Messi ötən gecə Avstriya yığması ilə oyunda 2 qol vurmaqla Dünya çempionatları tarixinin ən çox qol vuran futbolçusu olub. O, mindiallar tarixində 18 qola imza atıb. Fransız Kilian Mbappenin hesabında 16 qol var.

Modern.az xəbər verir ki, J qrupunun dünənki oyununda Messi daha bir hərəkətilə yadda qalıb. Belə ki, oyunun baş hakimi argentinalı hücumçu Lautaro Martinezə qarşı kobudluğa görə Avstriyanın qapısına penalti təyin edib.

Matçın 9-cu dəqiqəsində həmin penalti zərbəsini yerinə yetirən Lionel Messi topu dirəyin yanından vurub.

Nəticədə ulduz futbolçu 2026-cı ilin Dünya Çempionatında penaltini qaçıran ilk futbolçu kimi tarixə düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir