“Bloomberg”: Əhməd Əl Şaraa NATO sammiti zamanı Ankaraya səfər edə bilər

Baş səhifə

Suriya lideri Əhməd Əl Şaraanın Türkiyənin ev sahibliyi edəcəyi NATO sammiti ərəfəsində və ya sammit günlərində Ankaraya səfər edəcəyi gözlənilir.

Bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyə rəsmiləri iyulun 7-8-də keçiriləcək NATO sammiti zamanı Əhməd Əl Şaraanın digər ərəb liderləri ilə birlikdə tədbirlərdə iştirak etməsi üçün fəal şəkildə çalışır.

Bundan əlavə, sammit çərçivəsində Əl Şaraanın ABŞ Prezidenti Donald Trampla mümkün ikitərəfli görüşü də nəzərdən keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir