
Bakı. Trend:
İran və Oman Hörmüz boğazında gəmiçilik qaydalarını müzakirə
etmək üçün birgə işçi qrupu yaratmaq barədə razılığa gəliblər.
Bu barədə hər iki ölkə birgə bəyanat yayıb.
Qrup iki ölkənin xarici işlər nazirlikləri tərəfindən yaradılır.
Onun vəzifələrinə, digər məsələlərlə yanaşı, dəniz xidmətləri və
əlaqəli xərclərin həlli də daxil olacaq. Qrupun heyəti həmçinin
Hörmüz boğazından istifadə ilə bağlı digər məsələlər üzrə
müzakirələri davam etdirəcək və beynəlxalq hüquqa uyğun olaraq
müqavilələr hazırlayacaq.
Komitənin yaradılması İran Parlamentinin sədri Məhəmməd Bağır
Qalibafın Oman sultanı Heytəm bin Tariq Əl-Səidlə görüşmək üçün
Maskata səfərindən sonra məlum olub.
Sultanlığın hakimiyyət orqanları İran və ABŞ arasında anlaşma
memorandumunun həyata keçirilməsini dəstəklədiklərini
bildiriblər.
İran və Oman həmçinin dəniz təhlükəsizliyi, naviqasiya azadlığı
və regional sabitliyin təmin edilməsi üçün səylərini davam
etdirəcəklərini bildiriblər.

