
Qəbələdə əməliyyat tədbiri həyata keçirilib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumat paylaşıb.
Qeyd olunub ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Bayramkoxa kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 4 ton 600 kiloqram olan 9100 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq məhv edilib.
Davud Tarverdiyev / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

