
Bakı. Trend:
Qazaxıstan və Avropa İttifaqı aviasiya, nəqliyyat infrastrukturu
və mineral ehtiyatların inkişafı sahələrində bir sıra sazişlər və
memorandumlar imzalayıblar.
Bu barədə Qazaxıstan Prezidentin mətbuat xidmətinin məlumat
yayıb.
İmzalanma mərasimi Brüsseldə Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayev, Avropa Şurasının prezidenti António Kosta və Avropa
Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirakı ilə baş
tutub.
Qazaxıstan hökuməti ilə Avropa İttifaqı arasında “Hava
nəqliyyatının müəyyən aspektləri haqqında” saziş imzalanıb.
Bundan əlavə, “Air Astana” ASC ilə “Airbus” arasında 50-yə qədər
təyyarənin təhvil verilməsi üçün təntənəli şəkildə sifariş
imzalanıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf
Bankı intellektual nəqliyyat sistemlərinin tətbiqi və E-Zholdary
rəqəmsal platformasının yaradılması üçün qrantın verilməsi barədə
anlaşma memorandumu imzalayıblar.
Avropa İnvestisiya Bankı və “KazAvtoJol” SC arasında Transxəzər
Beynəlxalq Nəqliyyat Marşrutunun bir hissəsi olan Qazaxıstanın
bölgələrində avtomobil yollarının bərpası layihələrinin
maliyyələşdirilməsinə dair memorandum da imzalanıb.
Qazaxıstan Sənaye və Tikinti Nazirliyi ilə Avropa Yenidənqurma
və İnkişaf Bankı arasında daha bir memorandum imzalanıb. Sənəddə
Minerallar və Metallar üzrə Mükəmməllik Mərkəzinin yaradılması üçün
texniki-iqtisadi əsaslandırmanın hazırlanmasında əməkdaşlıq nəzərdə
tutulub.

