
Bakı. Trend:
İyunun 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İslam
Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı
Konfransının 20-ci sessiyasında iştirak etmək üçün ölkəmizdə
səfərdə olan İran İslam Respublikası parlamentinin üzvü Rouhollah
Motefakker Azad ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
bildirilib ki, söhbət zamanı ölkələrarası və parlamentlərarası
əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri barədə fikir
mübadiləsi aparılıb. İki ölkənin qanunverici orqanları arasında
əməkdaşlığın möhkəmləndirilməsi, deputatların beynəlxalq
platformalarda mütəmadi görüşlərinin əhəmiyyətindən danışılıb.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament
İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasının, bu
çərçivədəki tədbirlərin və müzakirə olunan məsələlərin müsəlman
dünyasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi
baxımından önəmi vurğulanıb.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə
olunub.

