
Bakı.Trend:
Bakının Nərimanov rayonunda yerləşən Əhməd Rəcəbli küçəsinin bir
hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən
məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
(AAYDA) Mətbuat Xidməti məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, təmir işləri
səbəbindən Əhməd Rəcəbli küçəsinin Albert Aqarunov və Fətəli xan
Xoyski küçələri arasındakı hissəsində 23 iyun saat 23:00-dan 25
iyun saat 23:00-dək hərəkət qismən məhdudlaşdırılacaq.
“Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Əhməd Rəcəbli
küçəsinin Albert Aqarunov küçəsi ilə Fətəli xan Xoyski küçəsi
arasındakı hissəsində 23 iyun saat 23:00-dan 25 iyun saat 23:00-dək
nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq”.
Agentliyin Mətbuat Xidmətindən əlavə edilib ki, AAYDA
sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, müvəqqəti yol
nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi əməl
etməyi xahiş edir.

