Paytaxtın Yasamal və Nizami rayonlarında işıq olmayacaq

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərinin
elektrik təminatında məhdudiyyət yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.

“İyunun 24-də Yasamal Rayon Enerji Təchizatı və Satışı
İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir
işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək
Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət
Quliyev küçələri, Azərbaycan prospektinin bir hissəsində elektrik
enerjisinin verilişində məhdudiyyət yaranacaq”,-deyə qurumun
Mətbuat Xidmətindən bildirilib.




Qeyd edilib ki, həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən
TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat
10:00-dan 13:00-dək Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin
bəzi hissələrini əhatə edəcək.

“Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”,-deyə Səhmdar
Cəmiyyətin Mətbuat Xidmətindən əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir