Tramp: Müharibə yenidən başlasa, ABŞ İranda işi bir həftəyə bitirər

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İranla müharibə yenidən başlasa, Vaşinqtona əməliyyatı başa çatdırmaq üçün bir həftədən az vaxt lazım olacaq.

APA xəbər verir ki, Tramp bu barədə Pensilvaniya ştatında çıxışı zamanı danışıb.

“Əgər İran ağıllı və məntiqli davranmasa, işi tamamlamaq məcburiyyətində qalacağıq. Bunun üçün isə, bəlkə də, bir həftədən də az vaxt lazım olacaq”, – deyə ABŞ lideri bildirib.

Tramp əlavə edib ki, Tehranın üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyinə ümid edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir