
Bakı.Trend:
Xəzər rayonunun Türkan qəsəbəsində ölümlə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in
məlumatına görə, 1997-ci il təvəllüdlü Nəsirov Davud Zəhvər oğlu
idarə etdiyi “BYD” markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu,
Türkan qəsəbəsi ərazisində hərəkətdə olarkən piyadanı vurub.
Hadisə 23 iyun 2026-cı il tarixdə gecə saat 01 radələrində baş
verib. İlkin məlumata görə, sürücü ehtiyatsızlıqdan yolu keçmək
istəyən 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən həmin gün Sabunçu Tibb Mərkəzində
vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

