Avtomobil və moped toqquşdu – Sürücü öldü

Baş səhifə

Bakı.Trend:

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.

Trend-in
məlumatına görə, hadisə iyunun 23-ü saat 23 radələrində şəhərin
Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Əliyev Ceyhun Rəhim oğlunun idarə
etdiyi “Toyota Land Cruiser” markalı avtomobil ilə 2004-cü il
təvəllüdlü İsmayılov Amid Vidadi oğlunun idarə etdiyi “Tufan M50”
markalı moped toqquşub.




Nəticədə moped sürücüsü Amid İsmayılov aldığı xəsarətlərdən
hadisə yerində ölüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi
başlanıb, istintaq aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir