22 yaşlı moped sürücüsü qəzada öldü –

Baş səhifə

Gəncə şəhərində moped sürücüsü qəzada ölüb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.Belə ki, hərəkət etməkdə olan “Land Cruser” markalı avtomobil yolla hərəkət edən mopedə çırpılıb. Baş vermiş hadisə zamanı moped sürücüsü aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerində vəfat edib.

İlkin verilən məlumata əsasən, qəzada ölən 2004-cü il təvəllüdlü sürücü Amin İsmayılov kuryer işləyirmiş.

Faktla bağlı araşdırmalar aparılır.

Davud Tarverdiyev / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir