Ağcabədidə 7 kiloqramdan artıq marixuana aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana
aşkarlanıbş

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı
məlumatda bildirilib.




Belə ki, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə
məşğul olmaqda şübhəli bilinən 42 yaşlı Təyyar Rüstəmov saxlanılıb.
Onun həyətyanı sahəsinə baxış keçirilərkən kultivasiya yolu ilə
yetişdirilmiş çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkar
edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə
T.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir