“PAŞA Bank” IPO-suna 66,3 milyon manatlıq sifariş daxil olub – Cavid Quliyev

Baş səhifə

Bakı. Trend:

“PAŞA Bank” IPO-suna 66,3 milyon manatlıq sifariş daxil
olub.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu “PAŞA Bank”ın İdarə
Heyətinin sədri, Baş İcraçı direktoru Cavid Quliyev Bakı Fond
Birjasında baş tutan “PAŞA Bank” ASC səhmlərinin kütləvi təklifi
üzrə emissiyanın qeyd olunması və səhmlərlə təkrar bazar
əməliyyatlarının başlanmasına həsr olunmuş “Açılış Zəngi”
mərasimində deyib.

“PAŞA Bank” olaraq Azərbaycanın ilk özəl bank IPO-sunu və özəl
sektor tərəfindən həyata keçirilən ilk IPO-nu uğurla tamamlamışıq.
Bu gün isə səhmlərimizin Bakı Fond Birjasında təkrar bazarda
ticarətinə start verilir və bunun rəmzi olaraq “Açılış Zəngi”
mərasimində bir araya gəlmişik. Bu IPO bir sıra mühüm
göstəricilərlə yadda qaldı. Ən önəmli məqamlardan biri investor
tələbinin təklifi üstələməsi oldu. Təklif edilən 51,3 milyon
manatlıq səhmlərə qarşı 66,3 milyon manat məbləğində sifariş daxil
olub. Təxminən 18 min investor tərəfindən 20 mindən çox sifariş
təqdim edilib”, – sədr bildirib.




C. Quliyev vurğulayıb ki, Azərbaycan kapital bazarları tarixində
investor tələbinin təklifi üstələdiyi ilk IPO olan bu nəticə həm “PAŞA Bank”a, həm də ölkənin kapital bazarlarına göstərilən
etimadın bariz nümunəsidir: “Biz bu hadisəni təkcə uğurlu
yerləşdirmə kimi deyil, eyni zamanda kapital bazarlarımızın
inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndiririk. Daha
geniş investor kütləsinin formalaşması, şirkətlər üçün yeni
maliyyələşmə imkanlarının yaranması və investisiya mədəniyyətinin
inkişafı ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafı
baxımından böyük əhəmiyyət daşıyır”.

“İnanıram ki, bu IPO gələcəkdə kapital bazarlarına çıxmağı
planlaşdıran digər şirkətlər üçün də uğurlu nümunə olacaq və
bazarın daha da dərinləşməsinə töhfə verəcək”, – o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir