​”Fizievi məğlub etmək üçün gəlmişəm” –

Baş səhifə

“Bu döyüş çox həyəcanlı olacaq. Rəqib də kifayət qədər təcrübəlidir. Hər ikimiz üçün maraqlı qarşılaşma olacaq”.

Metbuat.az-ın məlumatına görə, bunu UFC döyüşçüsü Manuel Torres deyib.

O, döyüşün birinci raundda başa çatması ilə bağlı sualı cavablandırarkən bunun mümkün olduğunu bildirib:

“Bu, beş raundluq döyüş olacaq. Amma birinci raundda qələbə qazanmaq mənim əsas strategiyalarımdan biridir. Mən Rafael Fiziyevi məğlub etmək üçün bura gəlmişəm. Bu idman növü dünyanın ən çətin idman növlərindən biridir. Mən Fiziyev üzərində qələbə qazanmaq üçün buradayam”.

Torres Bakı haqqında da fikirlərini bölüşüb:

“Bakını hələ çox gəzə bilməmişəm, amma insanlarını sevdim. Hələ bir neçə gün də burada olacağam”.

Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir