NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib

Baş səhifə

Bakı. Trend:

NEQSOL Academy peşəkar və şəxsi inkişafının müxtəlif
mərhələlərində olan şəxslərin bilik və bacarıqlarını inkişaf
etdirməsinə dəstək vermək məqsədilə hər kəs üçün açıq olan yeni
rəqəmsal öyrənmə platforması SkillHub-ı təqdim edib. SkillHub
istifadəçilərə sürətlə dəyişən və texnologiyaların inkişafı ilə
formalaşan müasir dünyada uğur qazanmaq üçün tələb olunan gələcəyə
yönəlmiş bilik və bacarıqları ödənişsiz şəkildə əldə etmək imkanı
yaradır.

CrossKnowledge-dən dünya səviyyəli təlimlərlə təchiz edilmiş və
NEQSOL Holding tərəfindən tam maliyyələşdirilən NEQSOL Academy-nin
SkillHub platforması süni intellekt, liderlik, kommunikasiya,
biznesin əsasları və şəxsi effektivlik kimi sahələrdə bacarıqlarını
inkişaf etdirməyə kömək edən peşəkar inkişaf resurslarına çıxış
imkanı yaradır.

NEQSOL Academy – Hər yerdə, Hər zaman konsepsiyası çərçivəsində
təqdim olunan SkillHub müxtəlif cihazlardan və məkanlardan əlçatan
olan çevik öyrənmə təcrübəsi təqdim edir. SkillHub qlobal rəqəmsal
təlim təminatçısı olan və BlackRock, BNP Paribas, Schneider
Electric, Orange, Sanofi, Carrefour və ArcelorMittal kimi aparıcı
təşkilatların etibar etdiyi CrossKnowledge tərəfindən dəstəklənir.
Onun təqdim etdiyi məzmun Harvard, Stanford, INSEAD, Cambridge,
Wharton, London Business School və HEC Paris kimi nüfuzlu təhsil
müəssisələri ilə əlaqəli ekspertlər və müəllim heyəti ilə
əməkdaşlıq çərçivəsində hazırlanıb. Platforma NEQSOL Academy-nin
Təlim İdarəetmə Sistemi (LMS) üzrə tərəfdaşı olan Enocta üzərində
qurulub.

“Təhsilə və peşəkar inkişafa investisiya qoyuluşu güclü
təşkilatların və dayanıqlı icmaların formalaşması üçün mühüm
əhəmiyyət daşıyır,” – deyə NEQSOL Holding-in Baş İcraçı Direktoru
Kirill Rubinski bildirib. “SkillHub gənc
mütəxəssislərin yüksək keyfiyyətli təhsil resurslarına çıxış əldə
etməsi və karyeraları boyunca inkişafını davam etdirməsi üçün
faydalı imkanlar yaratmağa dair baxışımızı əks etdirir.”

“SkillHub üçün akademik mükəmməlliyi və özünü doğrultmuş
qlobal təcrübəni birləşdirən platforma axtarırdıq,” – deyə NEQSOL
Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç
Tunç
bildirib. “CrossKnowledge müasir istifadəçilərin
ehtiyaclarına uyğun yüksək keyfiyyətli məzmunu, nüfuzlu ekspert
yanaşmalarını və cəlbedici rəqəmsal öyrənmə təcrübəsini bir araya
gətirir.”

SkillHub-a giriş və qeydiyyat: https://neqsolacademy.com/

SkillHub video təqdimat: https://www.youtube.com/watch?v=qqJa47dzN40




NEQSOL Holding haqqında

NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə
telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar
sahələrində fəaliyyət göstərir. Qrup dünya üzrə 25 milyon müştəriyə
xidmət göstərir və 20 mindən çox əməkdaşı var.

NEQSOL Academy haqqında

NEQSOL Academy davamlı öyrənməni, peşəkar mükəmməlliyi və bilik
mübadiləsini təşviq etmək məqsədilə yaradılmış NEQSOL Holding-in
korporativ öyrənmə ekosistemidir. Müxtəlif dillərdə qabaqcıl
öyrənmə imkanları təqdim edən NEQSOL Academy “Hər yerdə, Hər zaman”
prinsipini rəhbər tutaraq əməkdaşların və daha geniş
auditoriyaların innovativ inkişaf proqramları vasitəsilə inkişafını
dəstəkləyir.

CrossKnowledge haqqında

CrossKnowledge rəqəmsal öyrənmə həlləri sahəsində qlobal
liderlərdən biridir və ekspert məzmunu, öyrənmə texnologiyaları və
peşəkar xidmətlərin kombinasiyası vasitəsilə təşkilatlara
əməkdaşlarının bilik və bacarıqlarını inkişaf etdirməyə kömək edir.
CrossKnowledge 20 ildən çoxdur ki, aparıcı beynəlxalq təşkilatlara
gələcəyə yönəlmiş bacarıqların inkişaf etdirilməsi və davamlı
öyrənmə mədəniyyətinin təşviqi istiqamətində dəstək göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir