İvanovka Aqroparkında 100 min kubmetrlik su anbarı tikiləcək – Direktor

Baş səhifə

Bakı.Trend:

İvanovka Aqroparkında 100 min kubmetrlik su anbarı
tikiləcək.

Trend-in
mediatur müxbiri xəbər verir ki, bunu İvanovka Aqroparkının
direktoru Ramin Əlifov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aqroparkın ümumi layihə dəyəri 25,1 milyon
manat təşkil edir:

“Aqroparkın ümumi layihə dəyəri 25,1 milyon manat təşkil edir və
hazırda 5200 hektardan artıq əkin sahəsini əhatə edir. Ötən il
müəssisədə təxminən 17 min ton məhsul istehsal olunub, 600 ton
məhsul isə ixrac edilib”.

R.Əlifov qeyd edib ki, aqroparkın əsas fəaliyyət
istiqamətlərindən biri toxumçuluqdur:




“Bu il 1300 hektardan artıq sahədə yerli və xarici sortlardan
ibarət toxumluq əkinlər həyata keçirilib. Məqsəd həm müəssisənin
daxili toxum tələbatını ödəmək, həm də bazarı keyfiyyətli və
seleksiya olunmuş toxumlarla təmin etməkdir. İvanovka Aqroparkında
geniş miqyasda raps əkini də həyata keçirilib”.

Onun sözlərinə görə, yüksək ixrac potensialına malik olan bu
məhsul üzrə bol məhsul gözlənilir və gələcəkdə ixrac nəzərdə
tutulur.

“Dövlət dəstəyi ilə həyata keçiriləcək layihələr çərçivəsində
ərazidə nasosxana, magistral su kəməri və 100 min kubmetr həcmində
su anbarının tikintisi planlaşdırılır. Bu layihələrin su
təminatının yaxşılaşdırılmasına və istehsal imkanlarının
genişləndirilməsinə xidmət edir”.

R.Əlifov bildirib ki, aqroparkda yeni suvarma layihələrinin
həyata keçirilməsi taxıl və heyvandarlıq istehsalının artırılmasına
imkan yaradacaq.

“Aqroparkda gələcəkdə 1000 hektar sahədə pivot suvarma
sistemlərinin, 500 hektar sahədə isə damcı suvarma sistemləri
əsasında meyvə bağlarının salınması nəzərdə tutulur”,- deyə
aqropark direktoru əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir