
Şərqi Afrikada yerləşən və təxminən 10 milyon insanın hövzəsində yaşadığı Tanganika gölü Ginnessin Rekordlar Kitabı tərəfindən rəsmən dünyanın ən uzun şirin su gölü elan edilib.
Metbuat.az xəbər verir ki, Tanzaniya, Demokratik Konqo Respublikası, Burundi və Zambiya sərhədlərindən keçən bu nəhəng su hövzəsinin Ginnessin Rekordlar Kitabı tərəfindən qeydə alınması onun qlobal hidroloji və ekoloji xəritələrdəki lider mövqeyini bir daha təsdiqləyib.
Təxminən 9 ilə 13 milyon illik qədim tarixi olan Tanganika gölü həm də dünyanın ən qədim göllərindən biri hesab olunur. Qəbul edilən qərar həm regionun ekoturizm potensialını artırmaq, həm də dörd ölkə arasında təbiəti mühafizə sahəsində əməkdaşlığı gücləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.

