“Fənərbağça” Amara Dioufu transfer etdi –

Baş səhifə

Türkiyənin “Fənərbağça” klubu növbəti transferini rəsmiləşdirib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi Afrika futbolunun gənc istedadlarından biri hesab olunan Amara Dioufla 5 illik müqavilə imzalayıb.

Qeyd edilib ki, gənc futbolçunun inkişafı planlı və yaxından izlənilən proqram çərçivəsində davam etdiriləcək. Klub Amara Dioufu qısamüddətli gözləntilərdən kənar qiymətləndirərək, fərdi hazırlıq proqramı əsasında onun inkişafına dəstək verəcək.

“Afrika futbolunun gələcək vəd edən gənc istedadlarından biri kimi göstərilən Amara Dioufla 5 illik müqavilə imzalanıb. Gənc oyunçumuzun inkişafı planlı və yaxından izlənilən proqram əsasında davam etdiriləcək. Klubumuz Amara Dioufu düzgün planlaşdırma və davamlı inkişaf anlayışı çərçivəsində gələcəyin önəmli dəyərlərindən biri kimi görür. Amara Dioufu ailəmizə xoş gəlmisən deyir, sarı-göy rəngli formamız altında ona uğurlu və sağlam karyera arzulayırıq”, – klubun açıqlamasında bildirilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir