“Azərikard”dan kart hesablarında yaranan problemlə bağlı açıqlama

Baş səhifə

Bu gün Azərbaycanda bir çox bankların müştəriləri, xüsusilə də Azərbaycan Beynəlxalq Bankının (ABB) kart sahibləri balanslarında vəsaitlərin əsassız silinməsi və hesablarda mənfi borc yaranması problemi ilə üzləşiblər. Sosial şəbəkələrdə böyük rezonans doğuran bu kütləvi nasazlığın əsl səbəbi məlum olub.

Metbuat.az Kredit.az-a istinadən xəbər verir ki, ölkənin aparıcı prosessinq mərkəzi olan “Azərikard” məsələ ilə bağlı rəsmi açıqlama yayıb.

Mərkəzdən verilən məlumata görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı baş verib:

“Bu hal banklararası hesablaşma fayllarının emalı zamanı “Azərikard”dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb. Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq”.

Problemdən ən çox təsirlənən banklardan biri olan ABB rəsmi media açıqlaması yaymasa da, sosial şəbəkə hesabları üzərindən şikayət edən vətəndaşların sorğularına operativ reaksiya verib. Bankın rəsmi profillərindən narahat müştərilərə verilən cavabda bildirilib:

“Hazırda üçüncü tərəflə (Azərikard nəzərdə tutulur – red.) yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik”.

Pullar nə vaxt geri qayıdacaq?

“Azərikard”dan verilən rəsmi açıqlamaya görə, sistemdə yaranan səhv təkrarlanmalar artıq ləğv edilir və vətəndaşların balansları tədricən əvvəlki vəziyyətinə qaytarılır. Proses avtomatik rejimdə idarə olunduğu üçün müştərilərin banka müraciət etməsinə ehtiyac yoxdur, qısa müddətdə bütün balanslar tam bərpa olunacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir