CENTCOM: Suriyada İŞİD-in yüksək vəzifəli lideri öldürülüb

Baş səhifə

Suriyanın şimal-qərbində həyata keçirilən hava zərbəsi nəticəsində İŞİD-in yüksək vəzifəli liderlərindən biri öldürülüb.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” səhifəsində məlumat yayıb.

CENTCOM-un məlumatına görə, iyunun 19-da həyata keçirilən dəqiq hava əməliyyatı zamanı Əli Hüseyn əl-Üləvi məhv edilib.

Bildirilib ki, əməliyyat ABŞ-ın amerikalılara və ABŞ ərazisinə qarşı hücumlar planlaşdıran terrorçuların fəaliyyətinin pozulması və zərərsizləşdirilməsi istiqamətində davam edən səylərinin bir hissəsidir.

CENTCOM qeyd edib ki, ABŞ qüvvələri regiondakı tərəfdaşları ilə birlikdə İŞİD qalıqlarına qarşı əməliyyatları davam etdirir.

“CENTCOM və tərəfdaşlarımız İŞİD-in qalan elementlərini tamamilə aradan qaldıraraq təşkilatın davamlı məğlubiyyətini təmin etmək öhdəliyinə sadiqdir. Biz ABŞ ərazisini, hərbçilərimizi, eləcə də regiondakı müttəfiq və tərəfdaşlarımızı qorumağa davam edəcəyik”, – CENTCOM-un komandanı admiral Bred Kuper bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir