
Rusiyanın Krasnodar diyarında helikopter qəzaya uğrayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, kənd təsərrüfatı təyinatlı “Mi-2” helikopterinin göyərtəsində iki nəfərin – pilot və sərnişinin olduğu bildirilib.
Qəza Prikubanski kəndi yaxınlığındakı pullu yolun yaxınlığında baş verib.
Pilotun yaralandığı, sərnişinin taleyinin məlum olmadığı qeyd edilib.

