Dollar möhkəmlənir, qiymətli metallar ucuzlaşır

Baş səhifə

Bakı. Trend:

Qiymətli metalların qiymətləri ABŞ dollarının möhkəmlənməsi
fonunda enişini sürətləndirib.

Bakı vaxtı ilə saat 17:05-ə qədər Comex birjasında avqust
fyuçersləri 3,7% azalaraq unsiyası üçün 3994,1 dollara düşüb.

Gümüş 5,3% azalaraq unsiyası üçün 58,78 dollara, platin isə 4,6%
azalaraq unsiyası üçün 1586 dollara düşüb.




Dolların altı valyutaya (avro, İsveçrə frankı, yen, Kanada
dolları, Britaniya funtu və İsveç kronası) qarşı məzənnəsini
izləyən DXY dollar indeksi təxminən 0,4% artaraq ötən ilin may
ayından bəri ən yüksək səviyyəyə çatıb.

Güclü dollar qiymətli metallar üçün mənfi amildir, çünki bu,
digər valyuta sahibləri üçün onların investisiya cəlbediciliyini
azaldır.

ABŞ valyutası pul siyasətinin sərtləşdirilməsi gözləntiləri
səbəbindən daha da yüksəlir. CME FedWatch-a görə, treyderlər
Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayında əsas faiz
dərəcəsini ən azı 25 bazis bəndi artırma ehtimalını təxminən 70%
olaraq qiymətləndirirlər. Bu, bir həftə əvvəl 29% idi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir