Baş nazir TBMM sədri Numan Kurtulmuş ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 24-də
ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan
Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumatına
görə, görüş zamanı Bakının İslam Əməkdaşlıq Təşkilatının üzvü olan
dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev
sahibliyi etməsi mühüm hadisə kimi qiymətləndirilib.

Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, müttəfiqlik və
qarşılıqlı etimada əsaslanan münasibətlərin bütün sahələr üzrə
uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Parlamentlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin mühüm
tərkib hissəsi olduğu vurğulanaraq, hər iki ölkənin qanunverici
orqanları arasında sıx təmasların və qarşılıqlı səfərlərin
əhəmiyyəti qeyd edilib.

Tərəflər Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının bundan
sonra da yeni məzmunla zənginləşəcəyinə əminlik ifadə edərək,
qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi
perspektivlərini müzakirə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir