Brent markalı xam neftin qiyməti 75 dollardan aşağı düşüb

Baş səhifə

Bakı. Trend:

Brent markalı xam neftin qiyməti fevralın sonlarında Yaxın
Şərqdə hərbi münaqişə başlayandan bəri ilk dəfə olaraq 1 barel üçün
75 dollardan aşağı düşüb.

London ICE Futures birjasında avqust ayı üçün Brent markalı
neftin fyuçersləri 2,58 dollar (3,35%) ucuzlaşaraq bir barel üçün
74,5 dollara düşüb.




Hörmüz boğazından neft tədarükünün bərpa olunması ilə bağlı
məlumatlar fonunda müqavilə 27 fevraldan bəri ən aşağı səviyyəyə
düşüb.

Bu vaxta qədər WTI neftinin avqust fyuçerslərinin qiyməti
Nyu-York NYMEX əmtəə birjasında elektron ticarətdə 2,29 dollar
(3,13%) azalaraq bir barel üçün 70,92 dollara düşmüşdü.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir