Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib

Baş səhifə

Bakı. Trend:

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı
mərhələsinin beşinci günü altı mindən çox müəllim sertifikasiya
imtahanı verib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin mətbuat
xidmətinin məlumatına görə, dövlət ümumi təhsil müəssisələrində
çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test
imtahanı mərhələsinin beşinci günü yekunlaşıb. Test imtahanında
6455 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bildirilib ki, bu gün təşkil olunan təhsilverənlərin
sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin
apellyasiya müraciətlərinin qəbuluna 25 iyun saat 12:00-dan
etibarən start veriləcək.




Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti
olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma”
bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 25 iyul saat 12:00-a qədər
davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan
ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir