
Bakı. Trend:
Çinin LineShine kompüteri dünyanın ən güclü superkompüterlərinin
Top500 reytinqində birinci yeri tutub.
Xarici media yazır ki, LineShine High Performance Linpack (HPL)
etalon testində American El Capitandan 22% daha sürətli olub.
Üçüncü və dördüncü yerləri müvafiq olaraq Frontier və Aurora
tutub, ilk beşliyi isə Almaniyanın JUPITER Booster kompüteri
tamamlayıb.
Aprel ayında təqdim edilən LineShine Şenzhen Bulud Hesablama
Mərkəzi tərəfindən hazırlanıb və Şenzhendəki Milli Superkompüter
Mərkəzində (NSCS) yerləşir. O, Çin LX2 prosessorları və Kylin
əməliyyat sistemi ilə işləyir, təxminən 42,2 MVt enerji sərf edir.
Sözü gedən kompüter elmi, süni intellekt tətbiqləri üçün istifadə
edilə bilər.
LineShine-ın uğuru, xarici texnoloji məhdudiyyətlərə baxmayaraq,
Çinin superkompüter sənayesi üçün müstəqil cihaz və proqram
təminatı ekosistemi qurmaqda tarixi bir addım kimi
qiymətləndirilir.
Çin superkompüteri 2017-ci ildən bəri ilk dəfə reytinqdə birinci
yeri tutub.

