
Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatının şimalında 5.6 maqnitudalı zəlzələ
qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Yeraltı təkanların episentri təxminən 4.8 min nəfər əhalisi olan
Uillits şəhərindən 12 kilometr cənub-şərqdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

