
Bakı. Trend:
“Marsel”in futbolçusu Meyson Qrinvud karyerasını Türkiyə Super
Liqasında davam etdirə bilər.
“Fənərbağça” ingiltərəli vingeri transfer etmək istəyir. Bu
barədə “L’Equipe” nəşri məlumat yayıb.
istanbul nəhəngi Qrinvudla şəxsi müqavilənin şərtlətini
razılaşdırıb. Fransa klubu 24 yaşlı oyunçu üçün 50 milyon avro
tələb edir. “Fənərbağça” isə 30 milyon avro və bonuslar ödəməyə
hazırdır.
Qeyd edək ki, “Marsel” Meyson Qrinvudu 2024-cü ilin yayında “Mançester Yunayted”dən 26 milyon avroya transfer edib. İngiltərə
millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində
meydana çıxdığı 45 rəsmi matçda 26 qol və 11 məhsuldar ötürmə ilə
yadda qalıb.

