Mərkəzi bank kredit götürmək qaydalarını dəyişir

Baş səhifə

Bakı. Trend:

Banklarda kredit risklərinin idarə edilməsi qaydalarında
dəyişiklik edilib.

Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar
imzalayıb.

Qərara əsasən, bank müştərinin yazılı müraciəti ilə ona istehlak
krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit
limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik
edilməsinə bütün satış kanalları vasitəsilə məhdudiyyət qoymaq
imkanı yaratmalıdır.

Müvafiq məhdudiyyət həmin müştərinin bankda fiziki iştirakı,
gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri
autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciəti əsasında
aradan qaldırıla biləcək.

Həmçinin, bank istehlak kreditinin verilməsi zamanı kredit
müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin
artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə
borcalanın tətbiq etdiyi məhdudiyyətin olmamasını öz informasiya
sistemi vasitəsi ilə müəyyən etdikdə, məhdudiyyətin olub-olmamasını
kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı və
nəzərə almalıdır.

İstehlak krediti üzrə müvafiq məhdudiyyətin mövcud olduğu şəxslə
istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya kredit
limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik
edilməsinə yol verilməyəcək.




Bununla yanaşı, yuxarıda nəzərdə tutulan məhdudiyyəti tətbiq
etmiş şəxsdən istehlak krediti müqaviləsinin məsafədən bağlanması
və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən
dəyişiklik edilməsi üçün müraciət aldıqda bu barədə müştərini mobil
tətbiq və ya SMS məlumatlandırma vasitəsi ilə dərhal
məlumatlandıracaq.

Məsafədən istehlak krediti müqaviləsinin bağlanması və ya kredit
limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik
edilməsi zamanı müraciət edən şəxs əvvəlcədən məlumatlandırılmaqla
vəsaitlər aşağıdakı müddətlərdə veriləcək:

  • gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum
    əmək haqqının 2 mislinədək və ya onun ekvivalentinədək olduqda
    müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 2
    saat sonra;
  • gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum
    əmək haqqının 2 mislindən və ya onun ekvivalentindən çox olduqda
    müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 24
    saat sonra.

Bundan əlavə, istehlak krediti müqaviləsinə kreditin verildiyi
və ya kredit limitinin artırıldığı halda borclunun verilmiş
(artırılmış) kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa
daxil edilməlidir.

Həmçinin, məsafədən rəsmiləşdirildiyi halda istehlak krediti
müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin
artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə
dair borcalanın tətbiq etdiyi məhdudiyyətin olub-olmaması barədə
məlumat da kredit dosyesi ümumi sənədlər siyahısına daxil
ediləcək.

Qeyd edək ki, yuxarıda sözügedən bütün qaydalar bank olmayan
kredit təşkilatlarına şamil ediləcək.

Məlumat üçün bildirək ki, aprelin 28-də imzalanan qərar
oktyabrın 1-də qüvvəyə minəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir