
Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb.
Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, general 10 il 6 aylıq həbs müddətini günə-gün başa vurub.
O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib.
Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

