Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumunun ikinci günü başlayıb

Baş səhifə

Bakı. Trend:

Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı
ilə keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunun ikinci günü
başlayıb.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, forum çərçivəsində “Türk
dünyasının sığorta bazarı: trendlər, çağırışlar və yeni inkişaf
meyilləri”, “Dünyada həyat və sağlamlıq sığortası: etimadın,
aktuallığın və uzunmüddətli dəyərin təmin edilməsi”, “Sığorta
sahəsində peşə təhsili” və digər panellər keçiriləcək.

Qeyd edək ki, forum yerli və xarici ekspertlərin iştirakı ilə
sığorta bazarının aktual məsələlərinin müzakirə olunduğu illik sahə
platformasıdır.




Tədbirin əsas məqsədi dünya sığorta bazarlarında mövcud olan
müasir tendensiyalarla tanışlıq, yerli bazar iştirakçıları ilə
digər ölkələrin sığortaçıları arasında əməkdaşlıq imkanlarının
genişləndirilməsi, eləcə də sığorta sahəsində beynəlxalq təcrübə və
müasir çağırışların öyrənilməsidir.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir