
Bakı. Trend:
Azərbaycanın aparıcı internet provayderi Citynet yenilənmiş
strategiyası ilə qabaqcıl texnologiyalara daha geniş miqyasda keçid
edib. “Citynet ilə rahat yaşa” şüarı müştərilərin gündəlik
həyatında internetdən istifadə prosesini daha sadə və rahat etməyə
yönəlmiş öhdəliyi ifadə edir.
Artıq istənilən tarifə cəmi 3 kliklə qoşulmaq mümkündür.
Tamamilə yenilənmiş veb-sayt daha sadə, sürətli və mobil cihazlara
tam uyğun interfeys təqdim edir. Bundan əlavə, yenilənmiş mobil
tətbiq vasitəsilə abunəçilər hesab idarəsi, balans yoxlaması,
avtomatik ödəniş, operativ xəbərdarlıqlar və dəstək kimi imkanlara
asanlıqla qoşula biləcəklər. Tətbiq həm iOS, həm də Android
platformalarında əlçatandır.
Yeni strategiya çərçivəsində Citynet mövcud tarif xəttini də
optimallaşdırıb. Artıq hər bir istifadəçi öz büdcəsinə və istifadə
vərdişlərinə uyğun təklifi rahatlıqla seçə biləcək. Bundan əlavə,
Citynet xüsusi “TələbəPlus” və sosialyönümlü “Qayğı” paketlərini də
təqdim edib. Hər iki tarif haqqında ətraflı məlumatı www.citynet.az
saytından əldə edə bilərsiniz.
Citynet yenilənmiş strategiyasını vizual kimlik üzərindən də əks
etdirir. Yeni brend kimliyində hər bir element xüsusi məna daşıyır:
dairə fasiləsiz xidməti, əyri xətlər isə sürətli internetin dinamik
və axıcı təbiətini simvollaşdırır. Loqoda “c” hərfi mərkəzi
element, nöqtə isə etibarlı və dayanıqlı əlaqənin mərkəzini təmsil
edir. Wi-Fi işarəsi “rahat əlaqə” ideyasını, parlaq çəhrayı fiber
optik şüanı, yaşıl rəng isə güclü siqnalı əks etdirir. Citynet
optimallaşdırılmış tariflər, daha əlçatan xidmətlər, gücləndirilmiş
müştəri dəstəyi və istifadəçi ehtiyaclarına uyğun həllərlə hər kəs
üçün daha rahat rəqəmsal təcrübə yaradır.
Qeyd edək ki, Citynet yüksəksürətli internetlə yanaşı, eksklüziv
TV xidmətləri də təqdim edir. Citynet tv vasitəsilə istifadəçilər
“Digiturk”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi
seçilmiş kanalları izləyə, həmçinin “YouTube”, “Netflix”, “Amazon
Prime” və “Spotify” kimi populyar tətbiqlərə asanlıqla çıxış əldə
edə bilirlər.
Citynet haqqında
Azərbaycanın aparıcı internet provayderi olan Citynet
yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV
xidmətləri təqdim edir. Citynet, Bakı şəhəri ilə yanaşı,
Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə
malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az
saytından əldə etmək olar. Citynet müxtəlif ölkələrdə və sahələrdə
fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun
tərkibində olan Azerconnect Group-a daxildir.

