
Bakı. Trend:
Bu ilin iyunun 1-nə Azərbaycanın bank sektoru 557,1 milyon manat
xalis mənfəət əldə edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, bu, ötən
ilin eyni dövrü ilə müqayisədə 126,4 milyon manat və ya 29,3%
çoxdur.
Hesbaat dövründə banklar 837,5 milyon manat məbləğində əməliyyat
mənfəəti əldə ediblər. Bu isə ötən ilin eyni dövründəki göstərici
ilə müqayisədə 18,3% çoxdur.
Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 134,7 milyon manat
məbləğində
mənfəət vergisi ödənilib ki, bu da ötən ilin eyni dövründəki
göstəriciyə nisbətən 23,6% artım deməkdir.
31 may 2026-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22
bankın filiallarının sayı 499, şöbələrinin sayı (mübadilə şöbələri
daxil olmaqla) 84, ATM-lərin sayı 3,502 olub. Hesabat ayında bank
sektorunda çalışanların sayı 27,374 nəfər təşkil edib.

