
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya
Respublikasının Prezidenti Nataşa Pirts Musara məktub
ünvanlayıb.
Məktubun mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında
dərc edilib.
Məktubda qeyd edilib:
“Hörmətli xanım Prezident,
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü
münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı
adından ürəkdən təbrik edirəm.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30
illiyini qeyd edən Azərbaycan ilə Sloveniya arasında dostluq
münasibətlərinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli
müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın
genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da
uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost
Sloveniya xalqına daim rifah və firavanlıq arzulayıram”.

