General-mayor rütbəsi verilən Ağasiyev kimdir?

Baş səhifə

Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib.

General-mayor rütbəsi verilən hərbçilərdən biri polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevdir.

Modern.az xəbər verir ki, Ruslan Ağasiyev 2016-cı ilin Aprel döyüşlərində hərbi hissə komandiri olub. Həmin vaxt o strateji yüksəkliyin tutulmasında və onun qorunub saxlanılmasında xüsusi xidmət göstərib. R.Ağasiyev erməni xüsusi təyinatlıları ilə döyüşdə cəsarət nümayiş etdirib.

R.Aöasiyev 44 günlük Vətən müharibəsində 1-ci korpusun qərargah rəisi kimi iştirak edib. O, daha sonra “Qisas”, “Antiterror” əməliyyatlarında da korpusun qərargah rəisi kimi iştirak edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir